Antakyada 113 saat sonra 72 yaşlı müəllim dağıntılar altından xilas edildi – FOTO

Dünya

Hatayın Antakya rayonunda dağıntılar altında qalan 72 yaşlı təqaüdçü müəllim zəlzələdən 113 saat sonra xilas edilib.

Zəlzələnin 5-ci günündə qruplar təqaüdçü müəllim İclal Günkaya çatıb.

Dağıntılar altından çıxarılan yaşlı qadın sevinc içində sağlamlıq qruplarına təslim edilib.

Mənbə: Haber Global