Zelenski Baydenlə eyni vaxtda Polşaya səfər edəcək

Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Co Bayden ilə eyni vaxtda Polşaya rəsmi səfər edəcək.

Məlumata görə, iki liderin ölkə ərazisində görüşü üçün hazırlıqlar gedir.

Bildirilir ki, görüş Varşava və ya Rzesovda baş tutacaq.

Dövlət başçılarının görüşünün dəqiq tarixi açıqlanmır.

Mənbə: rossaprimavera.ru