ÜST meymunçiçəyilə bağlı fövqəladə vəziyyətin müddətini uzadıb

Dünya

Meymunçiçəyi qlobal epidemiyası beynəlxalq narahatlıq doğuran ictimai səhiyyə amili olaraq qalır.

Bu barədə çərşənbə günü Cenevrədə keçirilən brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

O, xəstəlik üzrə ÜST komitəsinin fevralın 10-da keçirilən iclası haqqında məlumat verib.

“Komitə meymunçiçəyinin qlobal bir sağlamlıq problemi olaraq qaldığı qənaətinə gəlib və xəstəliklə bağlı fövqəladə vəziyyətin müddətini uzadıb. Mən də bu tövsiyə ilə razılaşdım”, – deyə Qebreyesus qeyd edib.

Mənbə: TASS