İtaliyanın “Spetsiya” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Oxu.Az xəbər verir ki, 55 yaşlı mütəxəssislə müddəti mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb. Komanda elitada mövqeyini qoruya bilsə, sözləşmə avtomatik olaraq 2025-ci ilin yayına qədər uzadılacaq.
Son olaraq “Kalyari”ni çalışdıran və keçən ilin sentyabrından işsiz olan Sempliçi bu postda bir neçə gün əvvəl istefaya göndərilən Luka Qottini əvəzləyib.
“Spetsiya” A Seriyasında 23 turdan sonra 19 xalla 17-cidir. Komandanı düşmə zonasından 2 xal ayırır.
Mənbə: Acspezia.com