Ukrayna ordusu Rusiya qüvvələrinin irəliləməsini ləngitmək üçün su bəndini partlatdı

Dünya

Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri Baxmutda su bəndini partladıblar.

Bildirilir ki, bir sıra küçələri su basıb.

Məlum olduğu kimi, bu, Rusiya qüvvələrinin bölgədəki irəliləyişi fonunda baş verib.

Qeyd olunur ki, Baxmut cəbhəsinin şimal sektorunda tədricən şəhərin mühasirəyə alınması təhlükəsi yaranır.

Ukrayna Silahlı Qüvvələrinin əsgərləri ağır itkilərə baxmayaraq, şiddətli müqavimət göstərir.

Mənbə: lenta.ru