Belarus hərbi aerodromunda partlayışlar: Rusiya təyyarəsi zədələndi

Dünya

Fevralın 26-da Minsk yaxınlığında yerləşən Maçulişi hərbi aerodromunda bir neçə partlayış baş verib.

Belarusun paytaxtından 12 km aralıda yerləşən hava limanında baş vermiş insident nəticəsində Rusiyanın hərbi nəqliyyat təyyarəsi və qartəmizləyən maşınlar sıradan çıxıb.

Əraziyə çoxsayda hərbi qulluqçular və polis cəlb olunub. Məlumata görə, onlar bütün yoldan keçən avtomobilləri yoxlayırlar.

Qeyd edək ki, məhz bu aerodromdan Rusiyanın MiQ təyyarələri tez-tez havaya qalxaraq Ukranya ərazilərini bombalayır.

Mənbə: rbc.ua