ABŞ Məxfi Xidmətinin ilk qaradərili qadın əməkdaşı vəfat edib – FOTO

Dünya

ABŞ Məxfi Xidmətinin ilk qaradərili qadın əməkdaşı Zandra Flemister 71 yaşında vəfat edib.

O, əsasən siyasi karyerası ilə yanaşı, cəmiyyətdə geniş yayılan və federal agentlikdə işlədiyi müddətdə özünün də məruz qaldığı irqi ayrı-seçkiliyə dair səs-küylü məhkəmə prosesi ilə yadda qalıb.

Flemister Məxfi Xidmətdə işə 1974-cü ildə, diplomatik xidmətə keçməsindən dörd il əvvəl başlayıb. Məxfi Xidmətdə işləyərkən o, ABŞ prezidentləri Cerald Ford və Cimmi Karterin ailəsinin müdafiəsi ilə məşğul olub. Bu müddət ərzində o, mikroaqressiyalar, ultimatumlar və kinli sözlərə məruz qalıb.

Flemister 2011-ci ildə erkən başlayan Altsheymer xəstəliyinə görə təqaüdə çıxıb.

Mənbə: Gazeta.ru