Cənubi Koreyada gübrə daşıyan yük maşını izdihama çırpılıb: Həlak olanlar var

Dünya

Cənubi Koreyanın Çolla-Pukto əyalətində gübrə daşıyan yük maşını izdihama çırpılıb.

İnsident nəticəsində üç nəfər ölüb, beş nəfər ağır yaralanıb.

Ölənlərin sayının arta biləcəyi istisna edilmir.

Yerli KİV iddia edib ki, qurbanlar, əsasən, yaşlı insanlardır.

Polis qəzanın səbəblərini araşdırır.

Mənbə: Yonhap News Agency