Mişel Obama ABŞ prezidentliyinə namizəd ola bilər

Dünya

Bir çox demokratlar ABŞ-nin keçmiş prezidenti Barak Obamanın həyat yoldaşı Mişeli prezident seçkilərində Co Baydenə alternativ olaraq ciddi şəkildə nəzərdən keçirirlər.

Bu, hazırkı prezidentin oğlu Hanterlə bağlı aparılan araşdırmaların onun atası haqqında “daha zərərli məlumatları” ortaya çıxacağı qorxusundan doğur.

Sorğular göstərir ki, demokrat seçicilərin yarısı Baydenin ikinci müddətə namizəd olmasını istəmir. 80 yaşında o, artıq Amerika tarixinin ən yaşlı prezidenti olub.

Bu səbəbdən bəzi demokratlar, cütlüyün Ağ Evdə işlədiyi 8 il ərzində “demokratlar arasında ərindən daha populyar olan xanım Obama” ideyasına qayıtmağa məcbur qalırlar.

Bildirilir ki, Mişel Obama demokratlar arasında favorit olaraq qalır. Onu demokrat seçicilərin 48%-i, Baydeni isə 36%-i dəstəkləyir.

Mənbə: mk.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir