Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Qətərdə Doha Forumu çərçivəsində keçirilən paneldə iştirak edib. O, Türkiyənin vasitəçilik səylərindən danışıb. Kalın bildirib ki, Rusiya-Ukrayna müharibəsindən sonra təhlükəsizliklə bağlı yeni anlayışa ehtiyac olacaq.
Prezident sözçüsü Rusiya-Ukrayna müharibəsindən sonra qurulacaq beynəlxalq nizamda hər kəsin özünü təhlükəsiz hiss etməsi lazım olduğuna diqqət çəkib.
İki ölkə arasındakı müharibənin enerji geosiyasətinə və neft-qaz istehsalına təsir etdiyini bildirən Kalın qiymət artımını da vurğulayıb.
“Enerji, ərzaq və digər malların qiymətləri artıb. Bu böhrana nəyin səbəb olduğuna daha yaxından nəzər salmalıyıq. Biz müharibəyə gətirib çıxaran səbəblərə baxmalıyıq. Rusiyadan İrana, ABŞ-dan Aİ-yə, Türkiyədən tutmuş Körfəz ölkələrinədək hər kəs özünü təhlükəsiz hiss etməlidir”, -deyə mətbuat katibi bəyan edib.
O, həmçinin prezident Ərdoğanın həm Rusiya prezidenti Putin, həm də Ukrayna prezidenti Zelenski ilə təmasda olduğunu qeyd edib.
Mənbə: TRT
www.102info.az