Avropa Parlamentinin rəhbəri: “Ukrayna Aİ-yə digər ölkələrlə müqayisədə daha tez qəbul oluna bilər”

Dünya

“Ukraynanın Avropa İttifaqına daxil olma müddəti digər ölkələrlə müqayisədə xeyli qısa ola bilər. Bunun üçün rəsmi Kiyevin Avropa Komissiyasının sorğusuna operativ cavab verməsi lazımdır“”.

Bunu Avropa Parlamentinin sədri Roberta Metsola deyib.

Onun sözlərinə görə, Kiyev bu günlərdə göndərilməli olan sualların siyahısını gözləyir. Ukrayna hakimiyyəti isə öz növbəsində dörd gün ərzində onlara cavab veriləcəyinə ümid edir. Qısa müddətdə cavab vermək şərtilə, Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı qərarın qəbulu digər ölkələrlə müqayisədə daha az vaxt aparacaq.

O, həmçinin əlavə edib ki, Aİ-yə namizəd dövlət statusu ölkə üçün geniş imkanlar yaradır. Söhbət Avropa İttifaqının infrastruktur, təhsil və digər proqramlarına dəstəkdən gedir.

“Namizəd olmaq bir ölkənin infrastruktur, təhsil proqramları, Aİ-nin bütün digər proqramlarına çıxış və s. baxımından ala biləcəyi böyük yardımdır. Və bu, dərhal başlayacaq, bu da Ukraynaya siqnal verəcək ki, biz ciddiyik”, – deyə Roberta Matsol vurğuladı.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir