Kanada Rusiya diplomatlarını ölkədən çıxarmaqdan imtina etdi

Dünya

Kanada Rusiya diplomatlarını ölkədən çıxarmaq fikrində deyil, çünki bu, ölkənin maraqlarına ziddir.

Bu barədə ölkənin baş nazir Castin Trüdo bəyan edib.

Onun sözlərinə görə, rusiyalıların çıxarılması “güzgü effekti” ilə nəticələnəcək və Ottavanın Moskva ilə əlaqə saxlamasına, həmçinin Rusiyadakı kanadalıları dəstəkləmələrinə mane olacaq.

“Biz çox diqqətli olmalıyıq. Diplomatik məsələlərin yarandığı indiki böhranlı vaxtda Moskvadakı informasiya mənbələrindən məhrum olmaq istəmirik… Rusiya diplomatlarını Kanadadan göndərsək (hansı ki, digər ölkələr və müttəfiqlərimiz ediblər), bu, Moskvadakı diplomatlarımızın itkisinə səbəb olacaq”, – deyə Trüdo bildirib.

Mənbə: RİA Novosti

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir