Mariupolda rusiyalı hərbçilərin öldürdüyü adamları topladığı anbar aşkarlanıb – FOTO

Dünya

Rusiyalı hərbçilərin Ukraynada öldürdüyü adamları cəmlədiyi yer aşkarlanıb. 

Bu barədə Mariupol İcra Hakimiyyətindən məlumat veriblər. 

“Şəkildə gördüklərinizdən qanınız donacaq. Sadkov rayonunda yeraltı keçiddir. Burada işğalçılar öldürülmüş mariupolluların meyitlərini yığıblar. Xüsusi təmizləmə qrupları hər gün yüzlərlə meyiti daşıyırlar və belə anbarlar şəhərin hər yerində var. Bu anbarlardan ən böyüyü Köhnə Krım qəsəbəsinə gedən yoldadır”, – deyə məlumatda qeyd edilir.

Mənbə: Unian

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir