Putin FSB-də “təmizləmə” həyata keçirib: 150 zabit “qara siyahı”ya düşüb

Dünya

RF Prezidenti Vladimir Putin FSB-də “təmizləmə” həyata keçirib.

Bu barədə “Bellingcat”ın araşdırmaçı jurnalisti Xristo Qrozev bildirib.

Onun sözlərinə görə, Ukrayna məsələsi ilə məşğul olan 5-ci xidmətin 150 zabiti “təmizləmə”yə düşüb.

“Deyə bilərəm ki, onların əhəmiyyətli bir hissəsi həbs olunmasa da, daha FSB-də işləməyəcək. Beləliklə, “təmizləmə” aparılması xəbəri dəqiqdir. Bir neçə günə ümid edirəm ki, biz bu insanların taleyi ilə bağlı yeni nəsə dərc edə biləcəyik”, – deyə Qrozev əlavə edib.

O, həmçinin FSB-nin 5-ci xidmətinin keçmiş rəisi, general-polkovnik Serqey Besedanın həbs olunduğunu təsdiqləyib.

Bundan əvvəl jurnalist Andrey Soldatov Besedanın istintaq təcridxanasına göndərildiyini bildirmişdi. Soldatovun sözlərinə görə, general-polkovnik mart ayında həbs edilib, sonra isə Lefortovoya köçürülüb. Besedanın işinin İstintaq Komitəsinin Hərbi İstintaq İdarəsində araşdırıldığı vurğulanıb.

Mənbə: ZN,UA

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir