Ukraynada aprelin 11-dən etibarən Kiyevi İrpen, Buça, Qostomel, Vorzellə birləşdirən müvəqqəti körpü istifadəyə verilib.
Bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müavini Kirill Timoşenko bildirib.
Onun sözlərinə görə, körpünün istifadəyə verilməsi üçün işlər beş gün ərzində 24 saat davam edib.
Xatırladaq ki, hazırkı körpü müharibənin ilk günlərində ərazidə partladılmış körpünü əvəzləmək üçün müvəqqəti istifadəyə verilib.
Mənbə: Pravda
www.102info.az