İlon Maskın anası Ukrayna dilində səsləndirmə ilə müraciət etdi – VİDEO

Dünya

İlon Maskın anası, 73 yaşlı Mey Mask “Twitter”də Ukrayna dilində səsləndirmə ilə ukraynalılara videomüraciət edib.

O, Ukraynada baş verənləri faciə adlandırıb.

“Biz sizin cəsarətinizə heyranıq. Siz azadlığınızı qorumağa çalışırsınız, cəsursunuz və buna görə də mütləq qalib gələcəksiniz. Dünya sizi eşidir. Dünya xəbərləri izləyir və bu xəbərlər çox kədərləndirir”, – deyə ulduz videoda deyir.

Mask həmçinin ukraynalılara maliyyə dəstəyi verməyə də çağırış edib və zərər çəkmiş ukraynalılara humanitar yardım toplamaq üçün hesab haqqında məlumatla Ukrayna Milli Bankının veb-saytına keçid yayımlayıb.

 

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir