Azərbaycanlı həkim Ukrayna Prezidentinə müraciət ünvanladı: “Xalq diplomatiyasından istifadə edin” – VİDEO

Dünya

Hazırda Ukraynanın Dnepr şəhərində olan Azərbaycan vətəndaşı, ixtisasca uşaq həkimi olan Ruslan Ağayev Volodimir Zelenskiyə video müraciət ünvanlayıb.

Ruslan Ağayev qeyd edib ki, Mariupolun blokadadan çıxarılması üçün görülən bütün tədbirlərə rəğmən, bu prosesdə nəticə eldə etmək hələ də mümkün olmur.

“Mən görürəm ki, beynəlxalq diplomatiyanın səyləri nəticə vermir və Rusiya tərəfi nə ictimai təşəbbüsləri, nə də siyasi çağırışları dinləmir.  Mən xalq diplomatiyasından istifadə etməyi tövsiyə edirəm. Hesab edirəm ki, xarici ölkələrin vətəndaşları Mariupola daxil olaraq heç olmasa oradakı uşaqları mühasirədən çıxara bilər.

Mən uşaq həkimiyəm və mən Mariupola daxil olmaq istəyən insanların sırasında olmağa hazıram. Mən əminəm ki, belə insanlar çoxdur. Bunu həyata keçirə bilsəm, çox xoşbəxt olaram”, – deyə Ukrayna Prezidentinə ünvanlanan müraciətdə Ruslan Ağayev qeyd edib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir