Latviya Prezidenti Eqils Levits iki ay ərzində ölkəsinin müdafiə büdcəsinin üçdə birinin Ukraynaya yardıma xərcləndiyi barədə açıqlama verib.
“Biz Latviyada artıq iki ay ərzində illik hərbi büdcəmizin üçdə birini Ukraynanın hərbi qüdrətinin artırılması üçün xərcləmişik”, – deyə Latviya prezidenti qeyd edib.
Levits həmçinin əlavə edib ki, Ukraynaya kömək edən digər NATO üzvü ölkələr də var və bu, çox böyük əhəmiyyət kəsb edir. O, eyni zamanda alyansın bütün üzvlərinin Ukraynaya kömək etməsinin vacibliyini də vurğulayıb.
Mənbə: mk.ru
www.102info.az