Mariupola ilk dəfə uzaqmənzilli bombardmançı təyyarələrlə zərbələr endirildi

Dünya

Rusiya hərbçiləri Ukrayna müharibəsində ilk dəfə Tu-22M3 uzaqmənzilli bombardmançı təyyarələrini tətbiq ediblər.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat katibi Aleksandr Motuzyanik brifinq zamanı bildirib.

Onun sözlərinə görə, aviazərbələr Mariupol şəhərinə endirilib.

“Hazırda Rusiya Federasiyası şərq əməliyyat zonasında hücum qruplaşmasının yaradılmasını tamamlayır”, – deyə Motuzyanik vurğulayıb.

Mənbə: unian.net

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir