Metsamor AES-in fəaliyyəti dayandırıldı

Dünya

Erməninın Metsamor şəhəri yaxınlığında yerləşən Atom Elektrik Stansiyasının (AES) yeganə işlək enerji blokunun fəaliyyəti profilaktik təmir işləri üçün dayandırılıb.

Məlumata görə, təmir işləri 73 gün davam edəcək.

AES iki enerji blokundan ibarətdir. Hazırda onun yalnız ikinci enerji bloku çalışır. Qeyd edək ki, stansiya 1979-cu ildə istismara verilib və 1989-cu ildə dağıdıcı Spitak zəlzələsindən sonra fəaliyyətini dayandırıb.

1995-ci ildə Rusiya mütəxəssislərinin iştirakı ilə AES-in ikinci enerji blokunun sənaye istismarı bərpa edilib.

Mənbə: TASS

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir