Almaniya Ukraynanın təhlükəsizliyinin qarantı olmağa hazırdır

Dünya

Almaniya kansleri Olaf Şolts “Spiegel”ə müsahibəsində deyib ki, Almaniya Ukraynanın təhlükəsizliyinin təminatçısı olmağa hazırdır.

O qeyd edib ki, hazırda atəşkəsə nail olmaq və Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılması vacibdir.

Kansler bəyan edib ki, müvafiq razılaşma ilə təmin olunmayan “soyuq sülh” Rusiyanı beynəlxalq sanksiyalardan azad etməyəcək.

“Rusiya çox çətin vəziyyətdədir. Sanksiyalar ölkə iqtisadiyyatına ciddi ziyan vurur”, – deyə Şolts əlavə edib.

Mənbə: korrespondent.net

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir