İran xarici işlər nazirinin müavini Azərbaycana səfər edəcək – FOTO

Dünya

Azərbaycanın Tehrandakı səfiri İranın xarici işlər nazirinin müavininin Azərbaycana gözlənilən səfəri və İƏT-ə üzv ölkələrin parlament iclasının Bakıda keçiriləcəyi haqda məlumat verib.

“Azad İran” “Telegram” kanalının İSNA-ya istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikasının İrandakı səfiri Əli Əlizadə jurnalistlərə bildirib ki, bu həftə İran xarici işlər nazirinin iqtisadi məsələlər üzrə müavini Mehdi Səfəri Azərbaycana səfər edəcək.

Ə.Əlizadənin sözlərinə görə, Azərbaycan İranla əlaqələrə xüsusi önəm verir. O, gələn ay ikitərəfli görüşlərin keçiriləcəyini də açıqlayıb.

Səfir habelə qeyd edib ki, Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev gələn ay İrana səfər edəcək. Bundan əlavə, may ayında Bakıda İƏT parlament nümayəndə heyətinin görüşü keçiriləcək. İclasa İƏT-ə üzv ölkələrin parlament sədrləri dəvət olunub. İclasda İranın parlament sədrinin və parlament nümayəndə heyətinin iştirakı gözlənilir.

 

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir