Alaba: “Qvardiolanı üzmək üçün əlimdən gələni edəcəyəm”

Dünya

“Real”ın (Madrid) müdafiəçisi David Alaba UEFA Çempionlar Liqasının yarımfinal matçında “Mançester Siti”ni çalışdıran Xosep Qvardiola ilə gözlənilən görüşlə bağlı fikirlərini açıqlayıb.

29 yaşlı müdafiəçi bildirib ki, son vaxtlar Xosep Qvardiola heç bir əlaqəsi olmayıb.

“Peplə yenidən görüşmək xoş olacaq. “Bavariya”da birlikdə əla vaxt keçirdik, amma bu dəfə onu üzmək üçün əlimdən gələni edəcəyəm”, – deyə David Alaba vurğulayıb.

Qeyd edək ki, David Alaba “Real”a 2021-ci ildə transfer olub.

O, 2013-2016-cı illər aralığında “Bavariya”da Xosep Qvardiolanın rəhbərliyi altında çıxış edib.

Mənbə: Marca

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir