Həcc ziyarətinə velosipedlə yollandı

Dünya

Əfqanıstanın Qəzni şəhərində yaşayan Nur Əhməd adlı kişi Həcc ziyarətinə velosipedlə yollanmaq qərarına gəlib.

45 yaşlı əfqanıstanlı yaşadığı şəhərdən Məkkəyə qədər təxminən 4 700 kilometr yol qət etməli olacaq.

Nur Əhməd iki ölkənin ərazisindən keçərək (İran, İraq) Səudiyyə Ərəbistanına daxil olacaq.

Qeyd edək ki, 2022-ci ildə Həcc ziyarəti iyulun 7-12-si aralığına təsadüf edəcək.

Mənbə: “Sputnik” Əfqanıstan

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir