Ermənilər ABŞ səfirini ölkədən qovmaq istəyirlər: “Treysi, get!”

Dünya

Ermənistan paytaxtında keçirilən “Erməni demokratiyası” forumu aksiyalar təşkil edən müxalifət nümayəndələrinin narazılığına səbəb olub.

Forumda Ermənistanın baş naziri Nikol Paşinyanla ABŞ-ın bu ölkədəki səfiri Linn Treysi də iştirak ediblər. Müxalifət və müxalifətə yaxın media nümayəndələri isə foruma buraxılmayıblar.

Bundan sonra forumun keçirildiyi bina qarşısına toplaşan aksiyaçılar: “Treysisiz Ermənistan!”, “Treysi, get!” şüarları səsləndiriblər.

Mənbə: Aysor.am

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir