Dünyanın ən yaxşı ali məktəb məzunlarına Böyük Britaniya vizası veriləcək

Dünya

Dünyanın ən yaxşı universitetlərinin məzunları asanlaşdırılmış yeni viza mexanizmi ilə Böyük Britaniyaya daxil olmaq üçün müraciət edə biləcəklər.

Hökumət bu yolla yüksək potensiala malik şəxsləri onların karyeralarının əvvəlində  cəlb etməyi hədəfləyir.

Yeni viza proseduru son beş il ərzində Böyük Britaniyadan kənardakı aparıcı universitetlərdən məzun olmuş şəxslər üçün əlçatan olacaq.

Viza verilərkən məzunların harada doğulması və iş təklifinin olması nəzərə alınmayacaq. Bakalavr və ya magistr dərəcəsi varsa iki il, fəlsəfə doktoru dərəcəsi varsa üç il müddətinə iş vizası veriləcək.

Viza 715 funt sterlinqə başa gələcək və məzunlara ailələrini də ölkəyə gətirmək imkanı verəcək.

Məzunların sayında heç bir məhdudiyyət olmayacaq.

Mənbə: BBC

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir