Ukrayna Müdafiə Nazirliyi: Bir ay ərzində silahları NATO standartlarına uyğunlaşdıra bilərik

Dünya

“Ukrayna bir ay ərzində silahlarını NATO standartlarına uyğunlaşdırmağa hazırdır”.

Bunu ölkənin müdafiə naziri Aleksey Reznikov “The Economist”ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ukrayna hərbçiləri cəmi iki həftə ərzində Qərb ölkələrindən gətirilən artilleriyaya yiyələniblər ki, bu da Ukraynanın belə qısa müddətdə yenidən silahlanmasının mümkünlüyündən danışmağa imkan verir.

O, Ukraynaya müdafiə yardımının çatdırılmasını sürətləndirməyə çağırıb. Ukraynalı nazirin sözlərinə görə, cəbhənin bəzi bölmələrində Rusiya qoşunları Ukrayna qoşunlarından 10 dəfə çox atəş gücünə malikdir.

Reznikov Böyük Britaniyanın baş naziri Uinston Çörçilin 80 il əvvəl Böyük Britaniyanın İkinci Dünya müharibəsində ABŞ-dan dəstək istəməsi zamanı dediyi ifadəni sitat gətirib: “Bizə alətləri verin, işi başa çatdıraq”.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir