Ukraynanın birinci ledisi Konqresdə çıxış edəcək

Dünya

Ukrayna Prezidenti Volodimir Zelenskinin xanımı Yelena Zelenskaya ABŞ-da səfərdədir.

Səfər çərçivəsində Yelena Zelenskaya ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.

“Suveren, müstəqil Ukrayna Putindən daha uzun müddət yaşayacaq”, – Yelena Zelenskaya görüşdən sonra təəssüratını dilə gətirərkən qeyd edib.

Bundan əlavə, Yelena Zelenskayanın Co Baydenin həyat yoldaşı Cill Baydenlə görüşü gözlənilir. Daha sonra Ukraynanın birinci ledisinin Konqresdə çıxış edəcəyi bildirilir.

Mənbə: Golosameriki.com

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir