Uzun müddət gözünü qırpmayan Bayden amerikalıları qorxutdu – VİDEO

Dünya

Demokratlar Partiyasının sosial media hesabında Prezident Co Baydenin çıxışının videosu ABŞ auditoriyasında güclü təəssürat yaradıb.

Prezidentin çıxışının 94 saniyəsində cəmi iki dəfə gözünü qırpması tamaşaçıların daha çox diqqətini çəkib.

Sosial şəbəkə istifadəçiləri gün ərzində gördükləri bu fizioloji anomaliyanın səbəbləri barədə müzakirələr aparıblar. “Co Baydenin bu videoda neçə dəfə gözünü qırpdığını hesablayın”, – deyə mühafizəkar Benni Conson videoya şərhində bildirib.

Vəziyyəti təbii səbəblərlə – yorğunluq, COVID-in nəticələri, telesuflyorun oxunması zamanı diqqətin artması kimi amillərlə əlaqələndirən tərəfdarlar azlıq təşkil edib.

Əksəriyyət daha fərqli versiyalar irəli sürüb.

“O adam orada yoxdur. Onun gözləri sadəcə boşdur. Qorxuncdur”, “Demensiya xəstəsinə o qədər adrenalin vurublar ki, hətta gözünü də qırpmır…”, “Mən buna səssiz baxdım və bu, indiyə qədər gördüyüm ən dəhşətli şeylərdən biridir. Onun gözləri…” kimi şərhlər yazıblar.

Həmçinin izləyicilər bunun saxtakarlıq və ya videosimulyasiya olduğu ilə bağlı daha fantastik versiyalar da irəli sürüblər.

Mənbə: MK.ru

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir