İsveçrənin məşhur şokolad istehsalçısı Rusiyanı həmişəlik tərk edir

Dünya

İsveçrənin şokolad istehsalçısı “Lindt & Sprüngli” Rusiya bazarını həmişəlik tərk edir.

“9 mart 2022-ci il tarixli elanından sonra “Lindt & Sprüngli” qrupu Rusiya bazarını tərk etmək qərarına gəlib”, – deyə məlumatda qeyd edilir.

Martın əvvəllərində şirkət Rusiyaya şokolad ixracını dayandırdığını bəyan etmişdi.

Şirkət eyni zamanda Rusiyadakı işçilərinə dəstək göstərməyə davam edəcəklərini vurğulayıb.

Mənbə: Gazeta.ru   

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir