Rusiyanın Ukrayna ilə sərhəd bölgəsində silah anbarı yanıb – VİDEO

Dünya

Belqorod vilayətinin Valuyski şəhər rayonunun Timonova kəndi yaxınlığında – silah-sursat anbarı yanıb.

Bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov məlumat yayıb.

İlkin məlumata görə, hadisə nəticəsində ölən və yaralanan olmayıb.

Rayon rəhbəri sakinlərin təhlükəsiz məsafəyə aparıldığını bildirib.

Yanğının baş vermə səbəbi müəyyənləşdirilir.

Mənbə: mk.ru

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir