Egey üzərində qırıcı insidenti: Türkiyə Yunanıstanı ittiham etdi

Dünya

Egey dənizi üzərində hava məkanında fövqəladə vəziyyət yaranıb.

Bu barədə Türkiyə Müdafiə Nazirliyindən məlumat verilib.

Türkiyə tərəfinin bildirdiyinə görə, NATO-nun Egey dənizindəki missiyası çərçivəsində fəaliyyət göstərən iki türk “F-16” təyyarəsi iki yunan “F-16” qırıcısı tərəfindən təqib edilib.

Yunanıstanın “F-16” döyüş təyyarələri Türkiyə təyyarələrini radar altına salaraq təqib etməyə başlayıb. Türk təyyarələri qarşılıq olaraq eyni addımı atıb və radarla yunan təyyarələrini izləməyə başlayıb.  

Yunanıstanın gərginliyi artırmaq üçün israrla NATO missiyalarını hədəf almağa davam etdiyi qeyd edilir. Bu hadisənin də Yunanıstan tərəfindən qəsdən və planlanmış olduğu vurğulanır.

Milli Müdafiə Nazirliyindəki mənbələr qeyd ediblər ki, Yunanıstanın bu davranışı NATO müttəfiqliyi ruhu ilə qətiyyən uyğun gəlmir. Eyni zamanda uçuş vəziyyətini əhəmiyyətli dərəcədə təhlükə altına alır.

Mənbə: Milliyet

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir