Rusiya Türkiyəyə qaz tədarükünü artırmağa hazırdır

Dünya

Türkiyədə mavi yanacağın istehlakı artarsa, Rusiya Türkiyəyə qaz tədarükünü artıra bilər.

Bunu Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak sentyabrın 15-də jurnalistlərlə görüşündə bildirib.

“Türkiyəli tərəfdaşlar qaz istehlakını artırsa və əlavə həcmlər üçün müraciət etsələr, biz bu məsələləri nəzərdən keçirəcək və bu tədarükləri təmin edəcəyik”, – deyə nazir qeyd edib.

Mənbə: rossaprimavera.ru

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir