Hindistanda evin divarı uçdu: İnsanlar dağıntılar altında qaldılar – FOTO

Dünya

Hindistanın Uttar-Pradeş ştatının paytaxtı Laxnau şəhərində gecə saatlarında yaşayış binasının divarının uçması nəticəsində azı doqquz nəfər ölüb, daha iki nəfər yaralanıb.

Məlumata görə, divarın uçmasına səbəb musson yağışlarının yaratdığı sel olub. Sutkadan artıqdır ki, bölgədə güclü yağış səngimir.

Yaralılar xəstəxanaya yerləşdiriliblər, onların həyati təhlükəsinin olmadığı bildirilir.

Mənbə: TASS

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir