Türkiyədə həbsxanaya aparılan şəxs yarıyolda qaçdı, şəhərə giriş-çıxış bağlandı

Dünya

Türkiyənin Kastamonu şəhərinin Cide rayonunda cinayət törətdiyi üçün saxlanılan şəxs konvoyun əlindən qaçıb.  

Cinayətkar məhkəmə prosesinin ardından jandarmanın nəzarəti altında Kastamonu həbsxanasına göndərilib. Yolda o, ac olduğunu bildirib və kafeyə girmək üçün jandarmanı razı salıb. Yeməyini yedikdən sonra isə kafenin ayaqyoluna gedib. Jandarma qruplarının bir anlıq diqqətsizliyindən istifadə edən cinayətkar ayaqyolunda dörd metr yüksəklikdəki pəncərədən atılaraq qaçıb.

Hüquq-mühafizə orqanları tərəfindən genişmiqyaslı araşdırmalara başlanılıb.

Bölgəyə giriş-çıxışlar qapadılıb.

Mənbə: Haber Global