Türkiyənin Vitse-prezidenti Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olub, Şuşaya yola düşüb – FOTO

Dünya

Azərbaycanın Baş naziri Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin Vitse-prezidenti Fuat Oktayı Füzuli Beynəlxalq Hava Limanında qarşılayıb.

Bu barədə  Nazirlər Kabinetindən məlumat verilib.

Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olduqdan sonra Azərbaycanın Baş naziri və Türkiyənin Vitse-prezidenti Şuşa şəhərinə yola düşüblər.