“Taliban” müasir qiyafədə xüsusi təyinatlı polis alayı yaradıb – FOTO

Dünya

Əfqanıstanda siyasi hakimiyyətdə olan “Taliban” hərəkatı ölkədə ilk dəfə olaraq çətin əməliyyatları icra edəcək xüsusi təyinatlı polis alayı yaradıb.

Müasir qiyafədə olan və yeni istehsal edilən silahlarla təchiz edilmiş qrup iki aylıq xüsusi hazırlıq kursu keçib.

Xüsusi təyinatlı polislər Əfqanıstanın Lövgər vilayətində yerləşən Şikar Qala bazasına dislokasiya olunublar.

Mənbə: Sputnik Əfqanıstan