“Liverpul” tək qolla mərhələ adladı – VİDEO

İdman

İngiltərə Kubokunun 3-cü turunun təkrar oyununda “Liverpul” “Vulverhempton”la qarşılaşıb.

Turnirin qaydalarına görə, ilk oyunda bərabərə qalan komandalar arasında ikinci görüş keçirilib.

“Molinet” stadionunda keçirilən matçın ilk saniyələrində arenada işıqlar sönüb və ətraf bir neçə saniyəlik qaranlığa qərq olub. Oyunda bundan savayı yeganə yadda qalan məqam qonaqların 13 dəqiqədə vurduğu qol olub.

Beləliklə də, Yurgen Klopun yetirmələri minimal üstünlüklə mərhələ adlayıblar – 0:1.