“Real” autsayderə rəhm etmədi – VİDEO

İdman

İspaniya La Liqasının 21-ci turunda Madrid “Real”ı evində “Elçe”ni məğlub edib.

Qarşılaşmada hesab 8-ci dəqiqədə açılıb. M.Asensio fərqlənib.

31-ci və ilk hissənin əsas vaxtına əlavə edilmiş ilk dəqiqədə Kərim Benzema fərqlənərək hesabı 3-0-a çatdırıb. Görüşdə yekun nəticəni 80-ci dəqiqədə L.Modriç qoyub.

Beləliklə, “Real” qələbə sayəsində xallarının sayını 48-ə yüksəldib. Qeyd edək ki, “Elçe” turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.