Xavi mətbuatda yazılan tənqidlərə reaksiya verdi: “Heç nəyi oxumuram”

İdman

“Barselona”nın baş məşqçisi Xavi Ernandes komandasının avrokuboklarda çıxışı ilə bağlı tənqidlərə münasibət bildirib.

Mütəxəssis bildirib ki, mətbuatda yazılanları oxumur və tənqid onun fəaliyyətinə təsir göstərmir.

“Heç nəyi oxumuram. Tənqid mənə təsir göstərmir. “Mançester Yunayted”i məğlub etsəydik, hamı “Barselona”nın geri qayıtdığını yazacaqdı, baxmayaraq ki, bu da tamamilə doğru deyil. Amma tənqidləri də qəbul edirik”, – deyə 43 yaşlı məşqçi bildirib.

Xatırladaq ki, “Mançester Yunayted”ə məğlub olan “Barselona” Avropa Liqası ilə vidalaşıb.

Mənbə: ESPN