İngiltərə Liqa Kubokunu “Mançester Yunayted” qazandı – VİDEO

İdman

İngiltərə Liqa Kubokunun (EFL Cup) qalibi “Mançester Yunayted” olub.

Oxu.Az xəbər verir ki, Londondakı əfsanəvi “Uembli” stadionunda keçirilən həlledici matçda “qırmızı şeytanlar”ın rəqibi “Nyukasl” olub.

Görüş “Mançester Yunayted”in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Kazemiro 33-cü dəqiqədə hesabı açıb. Bundan 6 dəqiqə sonra isə Botman avtoqol müəllifi olub.