“Barselona” səfərdən məğlub dönür – VİDEO

İdman

İspaniya La Liqasının  XXIII turunda “Almeriya” “Barselona”nı qəbul edib.

Oxu.Az xəbər verir ki, oyunun taleyini bir qol həll edib.

Meydan sahibləri Bilal Turenin 24-cü dəqiqədə vurduğu qolla “Barselona”nı məğlub yola salıblar.

Bu nəticə ilə xallarının sayını 25-ə yüksəldən “Almeriya” turnir cədvəlində 15-ci pilləyə yüksəlib. “Barselona” isə 59 xalla liderliyini davam etdirir.