Messi karyerası ilə bağlı qərarını verdi

İdman

PSJ-nin hücumçusu Lionel Messi gələcək karyerası ilə bağlı qərarını verib.

Argentinalı forvard Avropada qalmaq və ən yüksək səviyyədə çıxışını davam etdirmək istəyir. O, “İnter Mayami”, “Nyuels Old Boyz” və dünən ortaya çıxan “Əl-İttihad” variantlarını istisna edir.

Messi PSJ ilə müqaviləni yeniləmək niyyətindədir. Sadəcə, o, hələ 1, yoxsa 1+1 illik sözləşməyə imza atacağını qətiləşdirməyib.

Futbolçu 2021-ci ildən PSJ-də çıxış edir. Onun Fransa klubu ilə hazırkı müqaviləsi cari mövsümün sonunda başa çatır. Argentinalı bu mövsüm bütün turnirlərdə 28 oyuna çıxıb, 17 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.

Mənbə: Sport.es