Azərbaycan güləşçisi Avropa çempionatında fərqli formatda mübarizə aparacaq

İdman

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında bu gün Azərbaycanın iki qadın güləşçisi mübarizəyə başlayacaq.

Oxu.Az xəbər verir ki, 50 kq çəki dərəcəsində çıxış edən Türkan Nəsirova təsnifat mərhələsində Simonetta Sekerlə (Macarıstan) üz-üzə gələcək.

Rusiya və Belarus güləşçilərinin yarışda iştirakına icazə verilmədiyindən və az sayda rəqib olduğundan, 59 kq-da mübarizə aparan Alyona Kolesnik bu dəfə fərqli formatda mübarizə aparacaq.

Ukrayna əsilli güləşçimiz A qrupunda əvvəlcə Elif Yanıkla (Türkiyə), daha sonra Elena Brugerlə (Almaniya) qarşılaşacaq. Qrupda ilk iki yeri tutan güləşçilər yarımfinala yüksələcəklər.

Qeyd edək ki, bu gün, həmçinin kişi sərbəst güləşçilərdən Əbubəkr Abakarov (86 kq) qızıl, Turan Bayramov (74 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal uğrunda görüşə çıxacaqlar.

Xatırladaq ki, dünən sərbəst güləşçilərdən Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl medal qazanıb. Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq) və Əşrəf Aşırov (79 kq) isə finalda uduzaraq gümüş medalla kifayətləniblər.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir