Azərbaycanda iki federasiya birləşdirilir – ÖZƏL

İdman

Azərbaycanda iki idman federasiyası birləşdirilir.

Oxu.Az-ın xəbərinə görə, bunlar martın 30-da Gənclər və İdman Nazirliyinin Kollegiyasının qərarı ilə statusu dayandırılmış 2 qurum – Budo Döyüş Növləri Federasiyası və Aykido Federasiyasıdır. Bu federasiyalar bundan sonra bir qurum kimi fəaliyyət göstərəcək.

Yeni qurumun adı isə Budo Döyüş Növləri Assosiasiyası olacaq. Burada budo ilə yanaşı, aykido idman növü də olacaq. Yeni federasiyanın prezidentinin isə “Atilla” idman klubunun prezidenti, polkovnik-leytenant Atil Ağamirov olacağı gözlənilir.

Qeyd edək ki, statusu dayandırılmış Budo Döyüş Növləri Federasiyasının prezidenti Faiq Rəfiyev və Aykido Federasiyasının prezidenti Fərhad Ələsgərovdur.

Səbuhi Musa

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir