UEFA “Şamaxı”nı “Keşlə”nin varisi kimi tanıdı

İdman

AFFA-nın Lisenziyalaşdırma Qrupunun “Şamaxı”nın “Keşlə” klubunun varisi kimi tanınması ilə bağlı UEFA-ya müraciəti cavablandırılıb.

Oxu.Az xəbər verir ki, qitə futbol qurumu bununla bağlı müsbət rəy verib.

Müraciətdə “Üç illik üzvlük qaydası”nın istisna edilməsi də olub. UEFA-nın “Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play” qaydalarında UEFA lisenziyasının alınması üçün tələb olunan meyarlardan biri də lisenziya iddiaçısının lisenziyalaşdırma mövsümünün əvvəlində ən azı ardıcıl üç il ərzində fəaliyyət göstərməsi və daxili yarışlarda iştirak etməsidir.

İstisna yanaşmanın tətbiq olunması ilə bağlı AFFA-nın müvafiq müraciəti nəzərə alınaraq, təqdim olunmuş sənədlərə əsasən UEFA-nın Klubların Maliyyə Nəzarəti üzrə Orqanı (CFCB) tərəfindən müsbət qərar qəbul edilib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir