Məşhur argentinalı futbolçu Dieqo Maradonanın 1986-cı il Dünya Çempionatında İngiltərə – Argentina matçında məşhur “Tanrının əli” və “Əsrin qolu” adlı iki zərbəni vurduğu zaman geyindiyi idman köynəyi aprelin 20-də hərraca çıxarılacaq.
“Sotheby’s” hərrac evi Maradonanın məşhur formasının satış qiymətinin 4-6 milyon funt sterlinq arasında olacağını gözləyir.
Qeyd edək ki, İngiltərə və Argentina 1986-cı il Dünya Çempionatının 1/4 finalında üz-üzə gəlib. 22 iyunda baş tutan oyunda 25 yaşlı Maradona 2 qol vurmaqla matçın taleyini həll edib (2:1).
Mənbə: “Haber Global”
www.102info.az