Jorjinyo penaltini boşa versə də, “Çelsi” qələbəni əldən vermədi – VİDEO

İdman

İngiltərə Premyer Liqasının XXXIV turunda “Çelsi” “Vest Hem”i qəbul edib.

Oxu.Az xəbər verir ki, görüş meydan sahiblərinin minimalhesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmanın 87-ci dəqiqəsində “zadəganlar”ın “ştatlı penaltiçisi” Jorjinyo 11 metrlik nöqtədən fərqlənmək şansını boşa verib. İtaliyalı yarımmüdafiəçinin zərbəsini “Vest Hem”in qapıçısı Fabianski tutub.

Bununla belə, “Çelsi” yekunda qələbə qazanmağı bacarıb. 90-cı dəqiqədə Kristian Pulişiç dəqiq oynayıb.

Bu nəticədən sonra xallarının sayını 65-ə çatdıran “Çelsi” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. “Vest Hem” isə 52 xalla 7-ci sırada qalıb.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir