Sevincin həddi-hüdudu: “Zirə”nin qapıçısı komanda yoldaşını zədələdi – VİDEO

İdman

Azərbaycan Premyer Liqasının XXIV turunun Sumqayıt şəhərində keçirilən matçında maraqlı hadisə baş verib.

Oxu.Az-ın xəbərinə görə, “Sumqayıt”la “Zirə” arasında keçirilən görüşdə Bakı komandası 90+2-ci dəqiqədə çempionatın iki bombardirindən biri olan gürcü hücumçu Davit Volkovinin qolu ilə qələbə qazanıb.

Həmin qolu komanda yoldaşları ilə birgə qeyd etmək üçün sevinənlər arasında “Zirə”nin ehtiyat qapıçısı, millimizin sabiq qolkiperi Anar Nəzirov da olub. 36 yaşlı futbolçu sabiq komandasının qapısına vurulan qolu qeyd edərkən öz komanda yoldaşı, serbiyalı müdafiəçi Nemanya Ancelkoviçi zədələyib.

Nəticədə Anar Nəzirov bu hərəkətinə görə baş hakim Elçin Məsiyev tərəfindən sarı vərəqə alıb.

Səbuhi Musa

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir