Hidayət Heydərov ikinci dəfə Avropa çempionu olmağa yaxındır

İdman

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən cüdo üzrə böyüklər arasında Avropa çempionatında Azərbaycan cüdoçusu Hidayət Heydərov ikinci dəfə qitənin ən güclüsü ola bilər.

Oxu.Az-ın xəbərinə görə, bu gün 73 kq çəki dərəcəsində iki cüdoçumuz mübarizəyə qoşulub.

Hidayət Adam Stodolski (Polşa), Martin Hoyak (Sloveniya) və Aleksandru Raykunu (Rumıniya) məğlub edərək yarımfinala çıxıb. O, bu mərhələdə Mark Xristovdan (Bolqarıstan) üstün olaraq karyerasında ikinci dəfə Avropa çempionatının finalına çıxıb. Onun finaldakı rəqibi Covanni Espozito (İtaliya) olacaq.

Xatırladaq ki, Hidayət Heydərov 2017-ci ildə Avropa çempionu olub.

Eyni çəkidə yarışan digər cüdoçumuz, 2016-cı ilin Avropa çempionu Rüstəm Orucov Coşua Qrin (İrlandiya) və Aleksandr Koşlyakı (Ukrayna) məğlub etsə də, meydan sahibi idmançısı Mark Xristova uduzub. O, təsəlliverici görüşdə rumın Aleksandru Raykunu məğlub edərək bürünc medal görüşündə güləşmək hüququ əldə edib. Rüstəm bürünc medal üçün digər Rumıniya təmsilçisi Adrian Sulkanı da məğlub etməlidir.

Qeyd edək ki, dünən mübarizəyə qoşulan altı cüdoçumuzdan heç biri medal qazanmayıb.

Səbuhi Musa

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir